QUBA TURİZM İNFORMASİYA MƏRKƏZİ
  Ana səhifə
 

26.02.1992

XOCALI SOYQIRIMI

KHOJALY GENOCİDE

  ГЕНОЦИД В ХОДЖАЛЫ
                                                 
        
  

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.

Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda qalmalıdır:

Azərbaycan Respublikasının əsas ərazisi ilə əlaqəsi kəsilmiş, 50-60 ədəd avtomat silah və ov tüfəngi ilə silahlanmış özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən dırnağa qədər silahlanmış ermənilər şəhərin mühasirə halqasını günü gündən daha da sıxmış və 1992ci il fevralın 25-də gecə saat 22 radələrində Xocalı şəhərinə 366-cı motoatıcı alayının komanda heyəti və hərbi texnikası ilə birgə hücuma keçmişdir. Hücumda ermənilər tərəfindən mayor Ohanyan Seyran Muşeqoviçin komandası altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Çitçyan Valeriy Isayeviç və alayda xidmət edən 50-dən atrıq erməni millətindən olan zabit və praporşiklər, tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnika iştirak etmişdir.

 

 
 

           
       

        Ходжалы. В 1992 году название этого древнего азербайджанского    населенного пункта разнеслось по всему миру, и трагедия, произошедшая здесь, осталась в истории человечества, как одна из самых кровавых событий.

            Память о страшной бойне, известной под названием Ходжалинской трагедии, вот уже больше пятьнадцатилетия витает над планетой, потрясая сердца, омрачая умы. В ночь с 25-го на 26 февраля 1992 года армянские вооруженные формирования, при участии 366-го мотострелкового полка приснопамятной советской армии превратили город Ходжалы в руины и пепелища. Сотни мирных жителей – женщин, стариков, детей были зверски убиты, замучены, искалечены, взяты в заложники.

В результате было убито 613 человек; из них, 63 детей, 106 женщин, 70 пожилых человек. 8 семей были уничтожены полностью, 25 детей потеряли обоих родителей, 130 детей потеряли одного родителя. Было 487 раненных человека, из них, 76 детей. Люди, побывавшие в заложниках - 1275 человека, пропало без вести - 150 человек. Причинен колоссальный ущерб государству и личному имуществу граждан оцениваемый в 5 млрд. рублей (в ценах на 01.04.92 года).
Это преступление стало очередным проявлением целенаправленной армянской политики геноцида и экспансии против азербайджанцев. Особо отметим – это был не первый случай, когда Ходжалы стал мишенью армянских пуль. Это древний азербайджанский населенный пункт на протяжении ХХ века трижды разрушался армянами. Но, увы, эти посягательства замалчивались и не предавались широкой огласке. Быть может, именно по причине намеренно насаждаемого исторического беспамятства стало возможно повторение происходивших в Карабахе на заре века событий вновь – на исходе минувшего столетия.

Пока исконная азербайджанская земля – Карабах находится под оккупацией заклятого врага, пока этот благословенный край нашей родины не освобожден от захватчиков, и беженцы-соотечественники не вернулись в родные очаги, каждый из нас в меру сил и возможностей должен стремиться донести до мировой общественности правду об армянской агрессии, о ее тягчайших последствиях и содействовать восстановлению и утверждению справедливости.

Это наш священный долг перед нашими оккупированными и разрушенными городами и селами, уничтоженными историческими и культурными памятниками, перед разрушенными могилами наших отцов и дедов, перед скорбным духом наших предков, витающих над поруганной землей, перед памятью отцов и детей, братьев и сестер, павших шехидами, наконец, перед собственной совестью.



 
                      


          Khodjaly... In 1992 the name of this ancient settlement of Azerbaijan spread all over the world and the tragedy happened here remained in the history of mankind as one of the most murderous events.

The memory of the horrible massacre known as Khodjaly tragedy has been flying over the planet shaking hearts and saddening minds. The night from 25th to 26th of February in 1992 the Armenian forced groups with participation of the 366th shooting regiment of the notorious soviet army made the Khodjaly town ruins and site of fire. Hundreds of peaceful inhabitants including women, old men and children were brutally murdered, young and old alike as well as tortured, crippled and became hostages.
At the result of this genocide 63 children, 106 women, 70 old men and women – totally 613 Khojaly residents were executed, 8 family was completely annihilated, 25 children lost both parents, 130 children lost one of his parents. 76 of 487 wounded persons, who encountered enemy bullet, were children. 1275 Khojaly inhabitants were captivated, 150 were lost. Property of state and people was damaged to 5 mlrd.rubl.,according to prices for 1 Aprel, 1992.

This crime was the, next expression of the purposeful Armenian policy of genocide and expansion against the Azerbaijan people. It's specifically notable that it wasn't the first events when Khodjaly became a target for Armenian bullets.

During the 20th century this ancient settlement of Azerbaijan was collapsed by Armenians thrice. Unfortunately, these infringements were concealed about and didn't receive publicity. Probably namely this intentionally implanted historical swoon made possible reiteration of the events happened in Garabagh in the beginning of the century again in the end of the last century.

Whilst Garabagh, a native land of Azerbaijan is under occupation of implacable enemy, while this blessed area of our Motherland isn't free of aggression and our refugee compatriots aren't back own homes each of us is liable to have effort to the world community the truth regarding the Armenian aggression and its severe results as well as render aid to rehabilitation and certification of justice.

It's our most saint duty in front of the occupied and collapsed cities and towns, destroyed historical and cultural monuments, spirits of our ancestry and their graves ruined by enemy, our martyrs and at last, in front of own conscience.

 









_________________________________

 20 YANVAR FACİƏSİ

20 JANUARY TRAGEDY

 
 


     1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan etməmiş Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Müxtəlif millətlərdən olan dinc əhalinin başına ağır müsibətlər gətirilmiş; yüzlərlə insan öldürülmüş, xəsarət almış, və itkin düşmüşdür. Uşaqlar, ahıl insanlar, qadınlar, tibb və polis işçiləri amansızcasına qətlə yetirilmişdir.
       131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra əlavə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda isə (Neftçala, Lənkəran), 25-26 nəfər öldürülmüşdür.
 

                 
     
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 
     Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.  

                  


                                                BLACK JANUARY TRAGEDY      
      The Soviet Army started its military operations against Azerbaijan early morning Jan. 20, 1990 before declaring a state of emergency. This tragedy took the lives of 131 people, including 117 Azerbaijanis, 6 Russians, 3 Jews and 3 Tatars. Some 744 people were severely injured. Four went missing and 400 were arrested. 21 people were killed after a state of emergency was declared on Jan. 20. 26 people were killed in the Neftchala and Lankaran regions of Azerbaijan. 
   The Soviet military operations resulted in an unprecedented tragedy as the valiant sons and daughters of Azerbaijan sacrificed their lives to place our freedom, honor and dignity above everything else. 
    Jan. 20, 1990 was a heroic page in the history of Azerbaijan's struggle for freedom and territorial integrity.
     The tragedy affected the lives of thousands of innocent Azerbaijanis and demonstrated our inexorable spirit and pride as we fought against the Soviet policies that restricted our freedom. We achieved the independence that we had dreamed of for so many years.
    Since the tragedy, Azerbaijan commemorates Jan. 20 every year.


 ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

 





 
 


 








 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol