QUBA TURİZM İNFORMASİYA MƏRKƏZİ
  Xınalıq
 
 
ÖNCEKİ
 
SONRAKİ
              Əvvəlki                                                                            Sonrakı

XINALIQ KƏNDİ

 
 
    Xınalıq kəndi Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə yerləşir. Xınalıq kəndi dəniz səviyyəsindən 2300-2500 metr yüksəklikdə yerləşərək eramızdan 2000 il əvvəl ilkin insan yaşayan məskənlərdən hesab olunur. Xınalıq kəndinin əhalisinin etnogenezisi Qafqaz-Şahdağ qrupuna aiddir. Xınalıqlılar özlərinə məxsus etnik-qəbilə dili olan “xınalıq” dilində danışırlar. Bu dil Qafqaz dilləri ailəsinə aiddir. Xınalıq dilində 60-a yaxın hərf vardır ki, bu hərflərin əksəriyyəti təkcə xınalıqlılara məxsusdur. Hələlik Xınalıq dilinin əlifbası tam təyinini tapmadığı üçün dil xınalıqlıların özlərinin arasında şifahi ünsiyyət səviyyəsində qalmışdır. Xınalıqlılar özləri-özlərinə “kətdid” deyirlər ki, bu sözün mənası “özümüzkilər” deməkdir.
      Xınalıq” sözünün mənası ərəb-farsca “xına rəngli yer” deməkdir. Ancaq xınalıqlılar “Xınalıq” sözünü işlətməyərək əvəzində “Kətiş” işlədirlərki, “kətiş” sözünün mənası xınalıq dilində” çoxlu sayda kətdidlər yaşayan yer” mənasındadır.
      Xınalıqda yaşayanların sayı müxtəlif vaxtlarda 1000 nəfərdən 2500 nəfərə qədər dəyişmişdir. Hal-hazırda rəsmi qeydiyyatda olan əhalinin sayı dəyişkən rəqəmli olaraq 1200-1300 nəfərdir.
     Xınalıqlıların ilkin məşğuliyyəti ovçuluq olmuşdur. Ovçuluq b.e.q. xınalıqlıların yaşayışını təmin etmişdir. Əhalinin tədricən artması ovçuluq məşğuliyyətinə əkinçiliyi də əlavə etmişdir. Xınalıqlıların ilkin əlaqəsi Qəbələ rayonu ilə olmuşdur. Onların nəqliyyat vasitəsi dağ cığırı ilə ancaq at və öküz olmuşdur. At və öküzlə təkcə 5 ay yay aylarında hərəkət mümkün olmuşdur. Qafqaz dağlarının qorxunc aşırımlarından qış vaxtı Qəbələyə ancaq piyada getmək mümkün olubki, bu da “həyat ilə” risk etmək demək idi. 1800-ci illərdə Quba şəhəri güclü ticarət mərkəzinə çevrilməsi ilə əlaqədar xınalıqlılar Quba ilə əlaqə yaratmağa məcbur olmuşlar. O vaxt xınalıqlıların 70%-i azəri-turk dilini bilməmişlər.
       Xınalıqda X əsrdən başlayaraq 1935-1940-cı illərə kimi 9 məscid və 9 su dəyirmanı mövcud olmuşdur. Hal-hazırda 9 məsciddən 5-i mövcuddurki, onlardan cəmi 3-ü faktiki fəaliyyət göstərir. 9 su dəyirmanından yalnız biri fəaliyyətini davam etdirir. Həmçinin Xınalıq ərazisində 7 islam qəbirstanlığı vardır. Xınalığın 7 məhləsi vardır ki, hər məhlənin öz qəbirstanlığı var.
       Xınalığın yaxın-daxili ətrafı alban qəbirstanlığı ilə əhatə olunub. 2006-cı ildə ölkə prezidenti cənab İ.Əliyevin göstərişi ilə Xınalıqda yeni, müasir orta ümumtəhsil-internat tipli məktəb tikilərək istifadəyə verilmişdir. Hal-hazırda həmən məktəb fəaliyyət göstərir. Ancaq 1935-ci ildən hal-hazıra kimi Xınalıqların qadın cinsinə aid nümayəndələri içərisində kütləvi savadsızlıq hökm sürür. Qadınlar orta ümumtəhsil məktəbini qurtarsalar da onların 90%-i çox çətinliklə oxuyub-yazırlar.Hal-hazırda xınalıqlı qadınların içərisində orta-ixtisas və ali təhsili olan heç bir nəfər belə yoxdur.
        Xınalıq qadınlarının məşğuliyyəti tarix boyu ondan ibarət olubki, onlar yarımköçəri həyat tərzi keçirən həyat yoldaşlarına təsərrüfatı saxlamaqda köməklik ediblər. Xınalıqlı qadınlara məxsus sənət ancaq toxuculuqdan ibarət olub. Hal-hazırda xınalıqların 70%-i maldarlıq-qoyunçuluqla məşğul olurlar. Hər il oktyabr ayından onlar öz mal-qaralarını Aran-Şirvan zonasına, yəni “qışlaq” olan isti zonalara aparırlar. Xınalıqlıların 30%-i isə daimi məskuni əhalidir. Onlar müəyyən dövlət işlərində işləyən şəxslər, məktəb müəllimləri, yaşlı təqaüdçülər, məktəbyaşlı uşaqlar və köçərilik etməyən kiçik saylı şəxsi təsərrüfatları olan insanlardır.
    Xınaqlıda ilkin elektrikləşməni 1963-cü ildə dizel-generator vasitəsilə həyata keçirmişlər. Dizel-generator 110 volt sabit cərəyan verməklə axşamlar müəyyən saat hesabilə qoşulurdu. Bu ancaq yayda mümkün idi, qışda elektrik olmurdu. Xınalığa 1967-1968-ci illərdə 220 voltluq elektrik xətti çəkilmişdir. İlk telefon xətti isə 1965-ci ildə çəkilmişdir.Bu xətt komutator tipli, bucurqadlı telefon idi və keyfiyyətsiz əlaqəsi vardı. İlk illərdə bu cür telefon ancaq kənd soveti sədrinin binasında idi. 1967-ci ildə Xınalıqda rəsmi poçt təsdiqləndi. Artıq kənddə ikinci telefon aparatı poçtda idi. Bu cür telefon əlaqəsi 2006-cı ilə kimi olmuşdur.
       Ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə 2006-cı ildə Xınalığa yeni, sonmodelli elektron telefon xətti çəkilib.Hal-hazırda bütün evlərə telefon çəkilmişdir. Əlavə olaraq mobil stansiya da qoyulmuşdur və hər iki telefon xətti tam keyfiyyətlə işləyir.
     Xınalığa ilkin avtomobil yolu 1968-1969-cu illərdə çəkilmişdir. Bu yolun uzunluğu 70 km idi. Qışda yol bağlı olurdu və əhali piyada hərəkət edirdi. 1988-1989-cu illərdə yolun istiqamətini dəyişərək Qudyalçayın axar xətti ilə çəkmişlər. Bu yolda qışda çox vaxt bağlı olurdu. Nəhayət 2006-cı ildə Ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan şosse yolu çəkilmişdir. Hal-hazırda yol dövlət nəzarətində olmaqla ilboyu açıqdır və bütün avtomobillər rahat hərəkət edə bilirlər. Qədim tarixə malik, dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq özünə-məxsus coğrafi mövqeyə malik olduğu üçün ölkə prezidenti İ.Əliyev 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə “Xınalıq-Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan etmişdir. Hal-hazırda XDTMEQ fəaliyyət göstərir.

Xinalıq dili
 
      Xınalıq dilinin əsas daşıyıcıları Xınalıq kəndinin özündə yaşayan xınalıqlılardır. Ümumi sayı 30 minə yaxın olan xınalıqların 5 min nəfəri təmiz Xınalıq dilində danışırlar. Xınalıq haqda ilkin sənədli film 1937-ci ildə səssiz lentdə, mətn rus dilində yazılmaqla çəkilmişdir. 1970-ci ildə C.Cabbarlı adına kinostudiya tərəfindən “Dağlarda ada” adlı yenə də sənədli qisamentrajli film çəkilmişdir. Hal-hazırda Xınalıq etnosu haqqında olan ədəbi ictimai “Xınalıq” qəzeti buraxılır. İlk kitabxana isə 1967-ci ildən fəaliyyət göstərir.
 
   
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=