QUBA TURİZM İNFORMASİYA MƏRKƏZİ
  Quba TIM
 

 

 

Quba  Turizm İnformasiya Mərkəzi

 

  Quba  Turizm İnformasiya Mərkəzi “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin Strukturunun təsdiq edilməsi və aparatın işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı və 1 may 2006-cı il tarixli 39-k saylı “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mərkəzi aparatının struktur bölmələri və ştat cədvəlinin təsdiqi haqqında” əmrə əsasən yaradılmışdır.        
       Mərkəz 15.05.2008-ci il tarixdən Quba şəhəri H.Əliyev pr.165-də fəaliyyət göstərir.
       Mərkəzin əsas vəzifəsi Quba bölgəsi, habelə qonşu Qusar və Xızı bölgələri üzrə turizm imkanları haqqında məlumatlara dair əyani vəsaitləri hazırlamaq, onların dərc edilməsi və yayılmasını təşkil etməkdən ibarətdir.
Bundan əlavə Quba TİM-i bu bölgələrdə turist axınının statistika məlumat bazasının yaradılması üzrə tədbirlər görür, bu məlumatların təhlilini, turizm bazasının marketingini təşkil edir.
     Mərkəz habelə şimal bölgəsində yerləşən turizm təşkilatlarının, turizm sahəsində fəaliyyət göstərən fərdi sahibkarların,ailə-kəndli  təsərrüfatlarının və qanunvericiliyə müvafiq olaraq yaradılmış digər turizm qurumlarının mənafelərini müdafiə edir. TİM-in fəaliyyəti ilə bağlı idarə, müəssisə və təşkilatlardan məlumat alır, o cümlədən də xarici ölkələrin analoji təşkilatları ilə informasiya mübadiləsi aparır.

 
 
 
 
 

 Quba şəh. H.Əliyev 165   

              (+994169)5-36-18;               


 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol