QUBA TURİZM İNFORMASİYA MƏRKƏZİ
  Quba
 




Ümumi məlumat

      Quba rayonu böyük Qafqaz dağlarının şimal-şərqində yerləşir. 
     Quba rayonunun əhalisi 1 şəhər (Quba şəhəri), 4 qəsəbə (Qonaqkənd, Qırmızı, Gənclər və Zərdabi qəsəbələri) və 152 kənddə məskunlaşmışdır.1 yanvar 2007 - ci ilə olan məlumata əsasən rayonda 148.489 nəfər əhali yaşayır . Əhalinin orta sıxlığı hər kvadrat kilometr üçün 52,7 nəfərdir. 1999-cu ilin 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Quba rayonunda 136,845 nəfər (88,06%-i azərbaycanlılar, 6,8%-i ləzgilər , 2,06%-i yəhudilər (dağ yəhudiləri), 1,91%-i mesxeti türkləri, 0,8%-i tatlar, 0,23%-i ruslar, 0,14%-i digər millətlər olmaq üzrə) əhali yaşayır.
    Rayon 146 orta ümumtəhsil məktəbi, 17 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. 275 çarpayılıq mərkəzi xəstəxana, şəhər sağlamlıq mərkəzi, psixonevroloji reabilitasiya mərkəzi, doğum evi, 14 qəsəbə və kənd sağlamlıq mərkəzi 9 feldşer-mama məntəqəsi, gigiyena-epidomologiya mərkəzi, qanköçürmə stansiyası var.
      Quba rayonunda 22 mədəniyyət evi, 61 klub, 4 səyyar avtoklub, 107 kütləvi kitabxana, tarix-diyarşünaslıq muzeyi, şəhidlərin xatirə muzeyi, yeddiillik uşaq incəsənət məktəbi, kənd təsərrüfatı texnikumu, müxtəlif universitet və texnikumların filialları, Rəcəbli adına elmi-tədqiqat Bağçılıq və Subtropik bitkilər institutu, peşə və türk liseyləri vardır.


Tarixi 

      Yaşı ilk orta əsrlərə gedib çıxan Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Belə ki, Peyğəmbərimizin Məkkə şəhəri ətrafında tikdiyi ilk məscidin adı Quba adlanır. XI əsrdə Azərbaycan hakimi Anuşirəvanın tikdirdiyi qalanın adı "Bade-Firuzqubat" idi, XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilirdi, XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında "Kubba" da vardır, XVI-cı əsrin səfəvi qaynaqlarında isə Quba "Qübbə" kimi verilmişdir. Bəzi arxeoloji qazıntılar Quba tarixinin orta əsrlərinə aiddir. Tarixi tədqiqatlara görə Quba şəhərinin adı burada məskən salmış Quba qəbiləsinin adından götürülmüşdür.
      Quba şəhərinin ilk təməl daşı XIV-cü əsrdə qoyulmuşdur. XVIII-ci əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.


1811-ci ilin şəhərsalma planı

     Quba şəhər-qalasının arxivdə aşkar edilmiş 1811-ci ilə aid baş planına əsasən, şəhərin xanlıq dövründə planlı strukturunu müəyyən etmək olar. Bu mühüm tarixi plana əsasən, feodalizm şəhərsalma xüsusiyyətlərini açıqlamaq mümkündür. Şuşa və Nuxa kimi xanlıq şəhərlərinin baş planlarını aşkar etmək mümkün olmamışdır. Ona görə də, Quba qalasının baş planı, bizə şəhərsalmanın ilk strukturunu və əsas elementlərini öyrənməyə imkan verir.
    Şəhər-qala Qudyalçayın sahilində qərbdən-şərqə tərəf uzanaraq, hündürlüyü 6,5 m-dən 8,5m-qədər və eni 2 metr olan kərpic divarlarla əhatə olunmuşdur. Qala divarlarının ümumi uzunluğu 900 m, eni isə 300 m idi. Şəhər tikililəri arasında Qudyalçayın sahilində ucalan Xan sarayını xüsusilə qeyd etmək lazımdır. Saray bir tərəfdən çay ilə, digər tərəfdən isə Cümə məscidi ilə əhatə olunmuşdur. Təəssüflər olsun ki, Quba Xan sarayının arxitektura və planına əsasən heç bir məlumat və sənəd qalmamışdır.
    Baş plana əsasən, Xan sarayı meydanından əsas 3 küçə ayrılır, onların hamısı qala qapılarına birləşir. Şəhərin su təminatı yaxınlıqda olan çaydan saxsı trubalarla çəkilmiş su xətti ilə təchiz olunurdu. Trubalardan nümunə: Quba tarix-diyarşünalıq muzeyində eksponat kimi qorunur.
     1811-ci ildə Quba qalasının müdafiə qabiliyyətini artıraraq, divarları həm qərbdən, həm də şərqdən möhkəmləndirirlər. 1820-ci ildə isə qalanın ərazisindən qənaətlə istifadə etmək üçün yenidənqurma işlərinə başlanılır.
     1826-cı ildə başlanan Rusiya və İran arasındakı müharibə və Qubanın 10 günlük mühasirəsi, habelə, 1837-ci ildə baş vermiş         Quba üsyanı Qubanın gələcək inkişafına mane oldu.
    1830-cu illərin sonunda Quba qalası müdafiə olunmurdu, çünki, qala divarlarının ətrafı meyvə bağları və arxlarla əhatə olunmuşdu. Qraf Vasilçikov yazırdı: “Quba şəhəri bu vaxtlar demək olar ki, müdafiəsiz qalmışdı, qala divarlarının bir hissəsi uçmuş, bir hissəsi isə plana əsasən dağıdılmışdı.
      Ancaq 1840-cı illərin axırlarında Quba tədricən tikilməyə və planlı surətdə bərpa olunmağa başlanılır. Məşhur şərqşünas-səyyah İ.Berezin 1842-ci ildə Qubada olarkən yazırdı: “Uzaqdan Quba mənzərəli şəhərə oxşayır, sıldırım çay sahilində müxtəlif rəngli evlər düzülmüşdür, mərkəzdə dördgüşəli damları olan məscidlər, ətrafda isə yaşıl ağaclar divar kimi görünür”.
      XIX əsrin ikinci yarısında Quba inkişaf etməyə başlayır, yollar təmir olunur, kənd təsərrüfatı məhsullarının ticarəti başlanılır, sənətkarlıq, xüsusilə də xalçaçılıq inkişaf edir.
       Quba bu zaman qəzanın yeganə ən varlı və böyük şəhəri olmaqla, daxili və xarici ticarətinin mərkəzi sayılırdı. İqtisadi cəhətdən inkişaf edən Quba 1852-ci ildə şəhər ərazisini genişləndirərək 2602 ha çatdırır.
      Bu illərdə Quba inkişaf edərək möhkəm qalaya çevrilmiş, hətta Bakı qalasına bərabər idi. Şəhərdə küçələrin sayı 9-a çatdırılmışdı, yeni məhəllələr və gözəl tikintilər tikilirdi. Şəhərin mərkəzində keçmiş Xan sarayının yerində böyük Bazar meydanı yaranmışdı ki, bu da şəhərin ticarət və işgüzar mərkəzinə çevrilmişdi.
     1860-cı illərin əvvəllərində şəhərin baş meydanının şimal tərəfində geniş karvansaray tikilir, həyətin mərkəzində isə köhnə məscidin yerində, yeni Cümə məscidi inşa olunur. Karvansarayın cənub tərəfində məşhur tarixçi-polkovnik A.A.Bakıxanovun qardaşı general Cəfərqulu Bakıxanovun evi yerləşirdi. Maraqlıdır ki, Qubada da bütün evlər Bakıda olduğu kimi bir-birinə bitişik tikilirdi.
     1850-ci illərin axırlarında quberniya mərkəzi Şamaxıdan memar Qasımbəy Hacıbababəyov Qubaya gəlir və şəhərdə tikintilərin və evlərin planlı tikilməsinə başlanılır. Evlər bir-birindən aralı tikilir, küçələrdə milli arnamentli hasarlar və evlər tikilir.
    Beləliklə, şəhərsalma işində tarixi topoqrafik yerlər nəzərə alınmaqla, milli üslub qorunmaqla, Avropa elementlərindən istifadə edilməklə geniş tikinti işləri aparılır. Təəssüflər olsun ki, XVIII-XIX əsrlərin qədim şəhərsalma planlarının hamısı qorunub saxlanılmamışdır.
      Belə ki, bu dövrlərə aid Bakı, Gəncə, Naxçıvan kimi şəhərlərin rus hərbi mühəndisləri tərəfindən tərtib olunmuş planları qorunub saxlanılsa da, Şuşa, Nuxa, Quba kimi qədim şəhərlərin planları saxlanılmamışdır. Bizim əlimizdə hazırda 1811-ci ildə bakılı mühəndislər tərəfindən tərtib olunmuş Quba qalasının baş planı mövcuddur ki, buna əsasən də qədim şəhərin ilk strukturu və əsas tikinti elementləri haqqında fikir yürüdə bilərik.
       Təəssüflə qeyd etmək lazımdır ki, qədim Qubada inşa edilmiş Xan sarayı, Karvansaray o dövrün şəhərsalma planına əsasən dağıdılmasaydı, müasir Qubanın tarixi-abidələri sırasında özünə məxsus yer tutardı.

Quba xanlığı

     Quba xanlığı - XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı Azərbaycanın şimal-qərbində yerləşirdi. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü. Quba xanlığının hökmdarlarından ən məhşuru olmuş Fətəli xan çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkarana qədər bütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdir. Həmin dövrdə yəhudilər Qubaya, Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilmişdir. Əvvələr Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı Qəsəbə adlanır.
      Dağıstan xanları Quba xanlığı üçün həmişə şimal tərəfdən təhlükə mənbəyi olmuşdur. Rusiya da Qafqaza və Zaqafqaziyaya geosiyasi maraq göstərməyə başlayanda burada öz-üsul idarəsini bərqərar etmək qərarına gələndə Quba xanlığının sərhədlərini qorumaq xeyli çətinləşdi və 19-cu əsrin əvvələrində (1813-cü ildə) Quba xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.

İqtisadiyyat

      Quba rayonu Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır, yerli konserv sənayesi müəssisələrində emal edilir, həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq "Quba meyvəsi" dedikdə ilk növbədə alma yada düşür. Zəngin floraya malik olan Quba rayonu həm də dərman bitkilərinin geniş spektri ilə təmsil olunmuşdur. Burada yemişan, ardıc, pişikotu, andız, dəvədabanı, effedra və bir sıra başqa dərman bitkiləri yetişdirilir.

Abidələr

       Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və tarixi məscid vardır.
 
KİV
      Quba rayonunda 2 özəl teleşirkət "Qütb" və "Xəyal", eləcə də müstəqil "Şəfəq", "Birlik" qəzetləri fəaliyyət göstərir. Həmçinin Quba şəhərində rəsmi dövlət qəzeti olan Milli Məclisin orqanı "Azərbaycan" və Türkiyə-Azərbaycan qəzeti olan "Zaman" qəzetinin müxbir postu yerləşir. Quba rayonunda “Qudyalçay” adlı jurnal da dərc olunur.

1918-ci il soyqrımı

    1918-ci ilin mart-aprel aylarında Şaumyanın rəhbəri olduğu ermənilər Bakıda, Şamaxıda, Lənkəranda və Azərbaycanın digər yerlərində 50 min nəfər azərbaycanlı öldürmüş, xalqın on illər boyu qazandığı maddi sərvəti toplayıb dağıtmış, böyük bir qaçqınlar və didərginlər ordusunun meydana çıxmasına səbəb olmuşdur. Həmin dövrdə Bakıda olan sovet qoşunları da, əsas etibarılə ermənilərdən təşkil edilmişdir. Mart soyqrımı 3 gün martın 30-dan aprelin 1-nə kimi davam etmişdir. Qeyri-dəqiq hesablamalara görə öldürülənlərin sayı 16 min nəfər idi.
       Ermənilər Digah kəndində dinc əhaliyə divan tutmuş, evlər talan edilmişdir. Qusar ləzgiləri Digah və Xucbala kəndləri arasındakı Dərin dərə adlanan yerin yaxınlığında müdafiə mövqeyi tutdular. Bundan xəbər tutan erməni quldur dəstələri özlərini elə göstərdilər ki, guya Digahı tərk edib Quba şəhərinə çakiliblər. Əslində isə ətraf meşələrdə gizlənən silahlı daşnaklar, sonralar dərəyə enib, tələyə düşən müsəlmanları qırıb çatırlar. Indi həmin tyer Qanlı Dərə adlanır. Bu soyqrım nəticəsində Quba qəzasının 120 kəndi viran qoyulmuş, 200-ə yaxın ev təmamilə yandırılmış və dağıldılmış, 2000-ə yaxın müsəlman kişi, qadın, qoca, uşaq qətlə yetirilmiş, 4 milyon manat nəğd pul, 4,5 milyon manatlıq brilyant, qızıl, gümüş, 2,5 milyon manatlıq müxtəlif mallar qarət etmişdilər. 
     Azərbaycanda yaranan ilk dünyəvi məktəblərdən biri XIV əsrin 30-cu illərində Qubada açılmışdır. Rayonda mədəni inqilab, savadsızlığın ləğvi kütləvi xarakter daşımış və bu dövrdə bir sıra məktəb binaları tikilmiş, mədəni maarif ocaqları yaradılmışdır.

Xalçaçılıq

     Azərbaycanda xalçaçılıq qədim tarixə malikdir. Azərbaycan xalçaları əsasən 2 növdən: xovlu və Xovsuz xalçalardan ibarətdir. Azərbaycan xalçaları Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və qrupları üzrə 4 tipə bölünür. “Çiçi”, “Ağ gül” və s. xalçaları daha məşhur xalça növləridir.
     Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür:
      Dağlıq hissəyə - Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar;
   Dağətəyi hissədə xalça istehsalı - Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi məktəbləri;
     Ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir.
    Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları " Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir Bu zonada toxunan "ÇİÇİ", "SIRT ÇİÇİ", "QIMIL", "CİMİ", "YERFİ" xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi         kolleksiyaların bəzəyidir.
       Hal-hazırda Qubada 2 xalça sexi fəaliyyət göstərir. Sexlərdə toxunan müxtəlif çeşnili xalçalar alıcılara təqdim olunur.

                                                   Qırmızı qəsəbə

      Azərbaycan bir neçə azsaylı xalqın, etnik qrupun əmin-amanlıq və dinc şəraitdə yaşadığı ölkədir. Qədim, gözəl Qubanın milli mənzərəsi, bu fikrin təsdiqi ola bilər. Qubada tatlar, ləzgilər, axiska türkləri, xınalıqlılar, buduqlular, qırızlar, ruslar, eləcədə tatarlar, gürcülər, ukraynalılar, belaruslularla yanaşı yəhudilər də yaşayır. Bu illərlə, 586-cı ildən Yerisəlimdən (Qüdsdən) başlamışdır. Dara Babilistanı işğal etdikdən sonra sənətkarlıq və ticarət qabiliyyətini görüb yahudiləri İraqdan İrana köçürdüyü kimi, Sasanilərin hakimiyyəti dövründə Azərbaycanda iqtisadiyyatın inkişafı üçün onları İrandan Azərbaycana köçürdülər.
      Yəhudilərin Qubaya gəlməsi Nadir şahın dövrünə aid edilir. Onun Qubanı istila edərkən özü ilə gətirdiyi yəhudilər əvvəlcə Qələdüz və Küpçal kəndləri arasında yerləşdirildilər. Təhlükəsizliklərinin təmin olunması üçün qəyyumluğa götürülmələri ilə bağlı Hüseynəli xanın sarayına (Quba şəhərində Çuxur hamamın yanında yaylaq malikanəsi olub) xahişə gələn yəhudi ağsaqqaılları razılıq vədi alırlar. Bu günki Qırmızı qəsəbənin yuxarı hissəsində onlara yer verilir. Yəhudiləri gecə talanlarından, qəfil basqınlardan qorumaq üçün 244 il bundan əvvəl Fətəli xan onları indiki qəsəbə ərazisinə köçürür. Buraya saray məhsulları, nəqliyyat vasitələri cəlb olunur və altı gün ərzində yəhudilər yeni ərazidə məskunlaşırlar. Duz-çörəklə Fətəli xanın qarşısına çıxdıqları yerdə bu gün onların sinaqoqu yerləşir. Sinaqoq binasında 6 güşəli emblem həmin 6 günün rəmzidir və hər günbəz 6 günü xatırladır. Beləliklə, Qubada yaşayan dağ yəhudiləri vaxtilə burada məskunlaşdıqlarına görə Hüseynəli xana və Fətəli xana minnətdardılar.  
     Yəhudilərin dini kitabı Tövratdır. Bu kitab qədim ivrit dilində yazılıb. Əslində bu din təxminən 50 faiz fars dilinə yaxındır, bu da uzun zaman farsların arasında yaşadıqlarından irəli gəlir. Dağ yəhudilərinin dili ivrid dilidir. Bu dil, özü də 3 dəfə islahat aparılaraq müasirləşmişdir. Sonuncu şapiro islahatında, işlədilən ivrit dili sami dil qrupuna daxildir.
     Indi yaşadıqları əraziyə köçürülərkən evlərin sayı 360 baca hesabı olmuşdur ki, bu da 1200-1500 nəfər sakin deməkdir. Qubada yəhudilərin sayı ən çox 1938-1939-cu illərdə olmuşdur. Qırmızı qəsəbədə 12-13 min yəhudi yaşamışdır. Hal-hazırda yəhudilərin sayı 4-5 min arasındadır.
    Yəhudilərin Qubada məskunlaşdığı yaşayış məntəqəsi ilk vaxtlar Zidkovskaya Sloboda adlandırılıb. XIX əsrin 60-70-ci illərində Zemstvo islahatlarından sonra Yevreyskaya Sloboda adlanıb. 1920-ci ildə XI Qızıl Ordu Xudata gəlir. Qəsəbədə isə qərargahları indiki Doğum evində yerləşmişdir. Bolşeviklərin gəlişi ilə qəsəbə bir də ad dəyişməyə məruz qalır. Elə o vaxtdan bu yer Qırmızı qəsəbə adlanır.
    Yəhudilərin yaşadığı qəsəbəni Quba şəhərindən Qudyalçay ayırır. Qubada ən uzun körpü olan Qudyalçay körpüsü 1894-cü ildə rus çarı 3-cü Aleksandrın layıhəsi ilə tikilib. (körpünün tikilmmə məqsədi rusların Qafqazda öz hərbi dayaqlarını möhkəmləndirmək olmuşdur). Körpünün tikintisinə 78000 qızıl manat vəsait ayrılıb. Körpünün yarımdairəvi, biçimli tağlar sistemi bişmiş kərpicdən hörülmüş və bir-birindən 11,1 metr aralı dayaqlara söykənir.



 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol