QUBA TURİZM İNFORMASİYA MƏRKƏZİ
  Quba-TİM xəbərləri
 
 
QUBA REGİONAL TURİZM İNFORMASİYA MƏRKƏZİ "MİTT 2011"BEYNƏLXALQ TURIZM SƏRGİSİN-də


       Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi martın 16-dan 19-dək Moskvada keçiriləcək "Mitt-2011" adlı beynəlxalq turizm sərgisində Quba rayonunun təmsil olunmasını məqsədəuyğun hesab etmişdir. Sərgidə Quba rayonu Quba Regional Turizm İnformasiya Mərkəzi tərəfindən uğurla təmsil edilmiş, turizm potensialını eks etdirən eksponatlar, foto və videogörüntülər, tədbiqi sənət numunələri nümayiş olunmuş, Quba şirniyyatları sərgi iştirakçılarına paylanılmışdır.















2011-ci il Azərbaycanda “Turizm ili” elan olunmuşdur


  Bakı, 15 yanvar Azərbaycanda 2011-ci il “Turizm ili” elan olunmuşdur. 
  Bu barədə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirmişdir. 
  Dövlətimizin başçısı bildirmişdir ki, 2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açılacaqdır. Bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaqdır. 
  Artıq Azərbaycanda turizmin inkişafının reallıq olduğunu qeyd edən Prezident İlham Əliyev əlavə etmişdir ki, Azərbaycanın bölgələrində də hotelçilik ilə bağlı çox böyük işlər görülür. Hazırda “Şahdağ” qış-yay xizək kurortu, xizək infrastrukturu yaradılır. Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək.


******************************
*****************************

                          
 "Skal International Baku" Qubada seminar keçirib
    Qubanın Regional resurs mərkəzində tələbələr, şagirdlər, regional televiziyanın nümayəndələri üçün təqdimat və seminar keçirilib. Tədbirin təşkilatçıları "Skal International Baku", "Millennium Turizm & Congress DMC" turizm şirkəti, QHT Azərbaycan Forumudur. Seminarda Quba Turizm İnformasiya Mərkəzinin əməkdaşları fəal şəkildə iştirak ediblər. Seminarda "Azərbaycanın daxili turizminin inkişafının perspektivləri" , "Quba rayonuna yeni turizm marşrutlarının açılması", "Yerli əhalinin turizmlə bağlı maarifləndirilməsi" mövzularında müzakirələr aparılıb, hesabatlar təhlil edilib, təqdimatlar olub.
   
      
**********************************************************
 
QUBA RAYONU AİLƏ BAYRAMINDA
 
     Hər il 15 May Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər və yekun olaraq Ailə Bayramının keçirilməsi ənənə şəklini almışdır. 
   2008-ci ildə Şamaxıda, 2009-cu ildə Lənkəranda keçirilmiş “Ailə bayramının bu ilki ev sahibi Qax rayonu idi. Məqsəd bu rayonda özünəxas xüsusiyyətlərini, ailə dəyərlərini, intellektual səviyyəsinin gözəl təbiətini, mədəniyyəti, turizmi respublika səviyyəsində nümayiş etdirmək və ondan bəhrələnmək idi. 
    Bayram mərasimi rayonun ən dilbər guşələrindən biri olan İlisu kəndinin könül oxşayan “Yaşıl park” istirahət – turizm mərkəzində düzənlənmişdi. 
Tədbirdə hər bir rayon öz nümunəvi ailəsi ilə təmsil olunurdu.
    Quba rayonuda bu bayramda yüksək səviyyədə iştirak etmişdir.Quba şirniyyatlarının yer aldığı süfrə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

    Quba Regional Turizm İnformasiya Mərkəzinin direktoru K.Hacıyeva da Ailə bayramında iştirak etmişdir.
                                                    
                   

  **********************************************************
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol